8 Sentyabr 2016 10:17
1 070
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonu Balaxanı qəsəbəsində cinayət hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, qəsəbə sakini, 1985-ci il təvəllüdlü Xudakərim Əliyevi qonşusu baltalayıb. Xudakərim Əliyev başından aldığı xəsarətlə 3 saylı şəhər xəstəxanasına çatdırılıb.

Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Hazırda həkim nəzarətində olan Xudakərim Əliyevin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisəni törədən şəxs qaçıb. Hazırda Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsinin əməkdaşları cinayəti törədən şəxsin tutulması isti qamətində əməliyyat tədbirləri görürlər.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: