13 Sentyabr 2016 18:25
496
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevir şəhərində narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Mingəçevir şəhər polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Mirzə Nəsibov həbs edilib.

Mirzə Nəsibovun evinə baxış zamanı oradan 1 kiloqram 20 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: