21 Sentyabr 2016 18:02
450
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Hacıağa Hüseynov və Elman Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Azad Məcidovun sədrlik etydiyi prosesdə hökm oxunub. Elman Qasımov 17 il, Hacıağa Hüseynov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Cinayət hadisəsi bu il fevralın 14-də Sabunçu rayonu ərazisində, Albalılıq bağ sahəsində baş verib.

Hacıağa Hüseynov babası 76 yaşlı H.Məmmədrəsul oğlunun qətlini tamah məqsədi ilə qonşusu Elman Qasımovla birgə təşkil edib. Həmin şəxslər qocanın bağ evinin həyətində onu başından vuraraq öldürüb, sonra 2 min manat pulu ələ keçirərək bölüşdürüblər.

Hadisə ilə bağlı daha əvvəl Bakı şəhər sakini Elman Qasımov tutulub. Hacıağa Hüseynov isə hadisənin baş verdiyi tarixdən 12 gün sonra tutularaq istintaqa təhvil verilib.

Həmin şəxslər Cinayət Məcəlləsinin 120.2.1-ci (qəsdən adam öldürmə, bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən adam öldürmə), 120.2.11-ci (qəsdən adam öldürmə, quldurluq, hədə-qorxu ilə tələb etmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə ittiham olunublar.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər