22 Sentyabr 2016 16:16
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda adam bıçaqlayan şəxs həbs edilib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Nəsrəddin Tusi küçəsində qeydə alınıb.

Bu il iyulun 7-də Bakı şəhər sakini Fərid Ağamalıyev küçədə naməlum şəraitdə bıçaqlanıb.

O, sol qol və kürək nahiyəsindən daxilə nüfuz edən xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.


Baş vermiş hadisə ilə bağlı Xətai Polis İdarəsinin 35-ci bölməsində əməliyyat qrupu yaradılıb. Bir neçə ay davam edən əməliyyat tədbirlərindən sonra cinayəti törədən şəxsi müəyyən etmək mümkün olub. Bu, Cəlilabad rayon sakini Elnur Həsənovdur.

O, sentyabrın 21-də polis əməkdaşları tərəfindən yaxlanıb.

İstintaqa verdiyi ifadəsində Elnur Həsənov törətdiyi cinayəti etiraf edib. Bildirib ki, hadisəni söyüş üstündə törədib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər