23 Sentyabr 2016 15:43
5 273
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Baş Mübarizə İdarəsi daha bir qadın barəsində axtarış elan edib.

Bu barədə Teleqraf.com-a idarədən məlumat verilib.

Məlumata görə, insan alverinə görə axtarışa verilən Yevlax rayon sakini, 1978-ci il təvəllüdlü Vüsalə Vəliyeva barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə axtarış elan edilib.

Qeyd olunur ki, Vüsal Vəliyeva azərbaycanlı qadınları Türkiyəyə apararaq orada müxtəlif otel və mənzillərdə fahişəliyə cəlb edib. Onun barəsində bir qrup zərərçəkən şikayətçi olub.

Vüsalə Vəliyevanın həbs edilməsi üçün axtarış tədbirləri görülsə də, lakin Azərbaycan hüdudlarından kənarda olduğu üçün tutulması mümkün olmayıb.

Bu il İnsan Alverinə qarşı Baş Mübarizə İdarəsi daha üç qadın barəsində axtarış elan edib. Bunlardan biri Zaqatala rayon sakini, 1964-cü il təvəllüdlü Nərminə Alxazova, digəri Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda 1974-cü ildə anadan olan Bakı şəhər sakini Səmayə Kərimovadır.

Üçüncü isə Elnarə Alməmmədlidir. O, 1981-ci ildə Ermənistan Respublikasının Qafan rayonunda anadan olub. Bakı şəhər sakini olan Elnarə Alməmmədova qadınları fahişəliyə cəlb etməkdə ittiham edilir.

Xatırladaq ki, idarə tərəfindən 2015-ci ildə də insan alveri ilə məşğul olan 4 qadın və 1 kişi barəsində axtarış elan edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər