19 Oktyabr 2016 17:14
964
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bacısını öldürməyə cəhddə ittiham olunan Ramin Əhmədovun cinayət işi üzrə məhkəmə başlayıb.

Teleqraf.com xəbər verir ki, Suraxanı rayonu, Bülbülə qəsəbəsində 1980-ci il təvəllüdlü Ramin Əhmədov yaşadığı evdə qısqanclıq zəminində bacısı, 1991-ci il təvəllüdlü Ramiləyə bıçaqla çoxsaylı xəsarət yetirib.

Ramin Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub.

Prosesdə Ramin Əhmədovun anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı oktyabrın 26-na təyin edilob.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər