26 Oktyabr 2016 17:08
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Fəqani İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu ilin fevralında Fəaqni İsmayılov Daxili İşlər Nazirliyinə zəng edərək metroya bomba qoyacağını deyib.

“102” xidmətinə daxil olan zəngdən sonra araşdırmalara başlanılıb. Yalan məlumat verən İmişli rayon sakini 1977-ci il təvəllüdlü Fəqani İsmayılov yaşadığı Abşeron rayonu, Saray qəsəbəsində yaxalanıb.

Fəqani İsmayılov Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham olunub.

Hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Fəqani İsmayılov 5 il müddətə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər