Astara şəhərində bədbəxt hadisə baş verib.
Hadisə bu gün saat 20.30 radələrində Astara şəhərinin Heydər Əliyev prospektindəki 9 mərtəbəli yaşayış binasında qeydə alınıb. Həmin ünvanda yaşayan bacısının evinə qonaq gələn 18 yaşlı Elida İntiqam qızı Musazadə ehtiyatsızlıqdan binanın 7-ci mərtəbəsindən yıxılaraq ölüb.
Onun meyiti müayinə olunmaqdan ötrü Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə gətirilib.
Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırmalara başlanıb.
APA