2 Noyabr 2016 00:26
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt yolunda altı avtomobilin toqquşması ilə nəticələnən zəncirvari qəza baş verib.

APA-nın verdiyi xəbərə görə, qəza Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən Sumqayıt şəhərinə gedən yolda baş verib.


Məlumata görə, “QAZ 31”, “VAZ 2107”, “QAZ 24” markalı minik avtomobilləri, iki “KamAZ” və “İsuzu” markalı yük avtomobilləri toqquşub.

İlkin məlumata görə, hadisə yük maşınlarından birinin aşmış “Kamaz” markalı maşına baxmaq üçün dayanmış avtomobillərə çırpılması ilə baş verib. Qəza nəticəsində avtomobillərin bəziləri yararsız hala düşüb.

Qəza nəticəsində ölən və xəsarət alanların olmadığı bildirilir.

Qəza səbəbindən nəqliyyat vasitələrinin hərəkətində problem yaranıb. Yararsız hala düşən avtomobillər evakuatorlar vasitəsi ilə hadisə yerindən uzaqlaşdırılıb. Daha sonra yolda nəqliyyatın hərəkəti bərpa edilib.

Hadisə yerinə cəlb olunmuş DYP əməkdaşları qəzanın səbəblərini müəyyənləşdirirlər.


Müəllif: