2 Noyabr 2016 09:43
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində avtobus sürücüsünü öldürməkdə təqsirli bilinən Məmməd Məmmədovun apelyasiya şikayəti üzrə məhkəmə başlayıb.

Teleqraf.com xəbər verir ki, qətl hadisəsi bu ilin martın 23-də Nərmanov rayonunun İsmayıl Hidayətzadə küçəsində baş verib.

4 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusunun sürücüsü, Ağstafa rayon sakini, 37 yaşlı Məmməd Məmmədov eyni marşrut xəttində sürücü işləyən Bakı şəhər sakini, 23 yaşlı Zülfüqar Əzizlini avtobusun sükanı arxasında bıçaqlayıb. Zülfüqar Əzizli hadisə yerondə ölüb.

Məlum olub ki, sürücülər arasında münaqişəyə avtobusların hərəkət qrafikində bir neçə dəqiqəlik pozuntu səbəb olub. Mübahisə zamanı ürək nahiyəsindən bıçaq zərbəsi alan Zülfüqar Əzizli xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Qətli törədən Məmməd Məmmədov Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məmməd Məmmədov 18 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Məmməd Məmmədov apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib.

Hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları, daha sonra isə apelyasiya şikayətinin dəlilləri müəyyən edilib.

Proses noyabrın 15-nə təyin edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər