3 Noyabr 2016 10:43
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Tahir Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Fikrət Qəribov bildirib ki, təqsirləndirilən şəxs barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilsə də, o, məhkəmə iclaslarına gəlməyib.

Hakiminə sözlərinə görə, təqsirləndirilən hər dəfə bir bəhanə ilə prosesdə iştirakdan yayınıb: "Bu gün də o, məhkəmə iclasına gəlməyib. Biz vaxt verdik ki, zərərçəkən şəxslərə dəymiş ziyanı ödəsin, amma o bunu etmədi".

Prokuror bildirib ki, Tahir Rəhimov barəsində axtarış elan olunmalı və həbs-qətimkan tədbiri seçilməlidir.

Tahir Rəhimov barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri dəyişdirilibvə onun barəsində həbs-qətimkan tədbiri seçilib. Tahir Rəhimovun barəsində axtarış elan edib.

Əvvəllər də məhkum olunmuş Tahir Rəhimov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur.

Hakim: “Təqsirləndirilən şəxs məhkəməyə gəlməkdən imtina edir”

Hacı Zeynalov

Müəllif: