Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalası oğlunu bıçaqlamaqda təqsirləndirilən Elmar Təmirovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə baxış iclası noyabrın 14-nə təyin edilib.
Xaçmaz rayonunda 20 yaşlı Elmar Təmirov 24 yaşlı Kamran Hacıbalayevə bıçaqla xəsarət yetirib. Bıçaqlanmadan əvvəl Kamran Hacıbalayevi xalası oğlu Eldar Təmirov və xalası Pəricahan Təmirova döyüb.
Bu zaman Elmar Təmirov Kamran Hacıbalayevin kürək nayihəsindən bıçaq zərbəsi endirirək hadisə yerindən uzaqlaşıb. Cinayət Kamranın anasının gözü qarşısında olub.
Hacı Zeynalov