10 Noyabr 2016 16:41
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ülfət Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Zeyal Ağayevin sədrliyi ilə keçən prosesdə hökm oxunub.

Ülfət Məmmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Ülfət Məmmədov Bakı şəhərində kirayə qaldığı Nərgiz Ələsgərovanın mənzilini saxta sənədlə başqasına satıb və ona qarşı 10 min 400 manat məbləğində dələduzluq edib.

O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər