Mingəçevir şəhərində bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, şəhər sakini Aqşin Binnətov münaqişə zəminində Ağdam rayon sakini Lətif Həsənliyə bıçaqla xəsarət yetirib.
Mingəçevir şəhər polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Aqşin Binnətov tutulub.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov