12 Noyabr 2016 19:37
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyanda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. “Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Salyan şəhərində qeydə alınıb.

Belə ki, şəhəri Təbriz Xəlilbəyli küçəsində yaşayan, 53 yaşlı Cavanşir Səttar oğlu Abdulayev idarə etdiyi "Vaz-2106" markalı avtomobillə hərəkət edrkən "Vaz-2107" markalı avtomobillə toqquşub. Nəticədə "Vaz-2106" markalı avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırmalar aparılır.


Müəllif: