3 İyul 2014 12:22
944
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda əyləncə mərkəzinə partlayıcı maddə qoyulması barədə bilə-bilə yalan məlumatı verən şəxs tutulub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, iyulun 1-də saat 23.00 radələrində naməlum şəxs taksafondan DİN-in "102 Zəng Mərkəzi"nə zəng edərək paytaxtın Nizami rayonu Q.Qarayev prospektində yerləşən “Plaza” barına partlayıcı maddə qoyulması barədə məlumat verib.

Dərhal müvafiq tədbirlər görülmüş, məlumat təsdiqini tapmayıb.

Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bilə-bilə yalan məlumatı vermiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ziya Səfərov tutulub.

Hacı Zeynalov


Müəllif: