4 Yanvar 2017 11:38
497
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranda 4 il öncə bacısını öldürən şəxs saxlanılıb.

Rayonun hüquq-mühafizə orqanlarından APA-nın cənub bürosuna verilən məlumata görə, 2013-cü ildə Nərimanabad qəsəbə sakini, 1988-ci il təvəllüdlü Təranə Polad qızı Ağayevanın itkin düşməsi barədə axtarış elan olunub. Həyata keçirilən istintaq hərəkətlərindən sonra axtarılan şəxsin qardaşı, 28 yaşlı Fuad Ağayev şübhəli şəxs qismində saxlanılıb. İstintaqa verdiyi ifadəsində F.Ağayev ailə münaqişəsi zəminində bacısını öldürdüyünü və meyiti qəsəbə ərazisində yaşayış olmayan yerdə basdırdığını boynuna alıb.

T.Ağayevanın meyiti eksqumasiya olunacaq.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.


Müəllif:

Oxşar xəbərlər