5 Yanvar 2017 00:43
416
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə ana doğuşdan sonra ölüb.

Tovuz rayon sakini 24 yaşlı Səkinə Məmmədova ötən gecə Gəncədə yerləşən Regional Perinatal Mərkəzdə qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib. Bu gün axşam saatlarında isə qəfildən qadının halı pisləşib. Ona tibbi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmayıb.


Məlumata görə, S. Məmmədova böyrək xəstəliyindən əziyyət çəkirmiş. Onun dünyaya gətirdiyi oğlan uşağının vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.
\APA\


Müəllif:

Oxşar xəbərlər