13 Yanvar 2017 15:18
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını stəkanla qətlə yetirməkdə təqsirləndirilən Müzəffər Piriyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan olunub, dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında Müzəffər Piriyevin 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası yanvarın 18-nə təyin edilib.

Qətl hadisəsi ötən il Səbail rayonu, Gülbala Əliyev küçəsi-13 ünvanında baş verib. 1971-ci il təvəllüdlü Müzəffər Piriyev ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı, 1982-ci ildə anadan olmuş Abbasova Cəlalə Yaşıl qızını boğaraq öldürüb.

Hadisədən sonra Müzəffər Piriyev özü polisə gələrərək hadisə barədə məlumat verib. İlkin dindirilmə zamanı o, arvadını boğduğunu bildirib. Amma cəsədin müayinəsi zamanı qadının beyninə qan sızma nəticəsində ölüb. Səbəb isə başına vurulan zərbələr olub.

Müzəffər Piriyev şüşə stəkanla arvadının başına bir neçə zərbə vurub. Onun narkotik vasitələrin təsiri altında olduğu bəlli olub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər