18 Yanvar 2017 17:25
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını stəkanla qətlə yetirməkdə təqsirləndirilən Müzəffər Piriyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Müzəffər Piriyev 19 il il müddətinə azadlıqdan məhrum edilib.

Qətl hadisəsi ötən il Səbail rayonunda baş verib. 1971-ci il təvəllüdlü Müzəffər Piriyev ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı, 1982-ci ildə anadan olmuş Abbasova Cəlalə Yaşıl qızını boğaraq öldürüb.

Hadisədən sonra Müzəffər Piriyev özü polisə gələrək hadisə barədə məlumat verib. İlkin dindirilmə zamanı o, arvadını boğduğunu bildirib. Amma cəsədin müayinəsi zamanı qadının beyninə qan sızma nəticəsində öldüyü aşkarlanıb.

Müzəffər Piriyev şüşə stəkanla arvadının başına bir neçə zərbə vurduğunu etiraf edib. Onun narkotik vasitələrin təsiri altında olduğu aydınlaşıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər