Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları paytaxtda xüsusi əməliyyat keçiriblər.
Teleqraf.com xəbər verir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində Qubadlı rayon sakini Elsevər Sultanovun Sabunçu rayonunun Bakıxanov qəsəbəsində kirayədə yaşadığı evə baxış keçirilib. Baxış zamanı evdən 102 qram heroin, 2,452 qram tiryək, 13,080 qram “Metamfetan” və 1ədəd istifadəyə yararsız qaz tapançası aşkar edilərək götürülüb.
Hacı Zeynalov