1 Fevral 2017 22:13
498
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda dələduzluq faktı aşkar olunub. Teleqraf.com xəbər verir ki, Rusiya vətəndaşı Eldar İsmayılov dələduzluqla üzləşməsi ilə bağlı 23-cü polis bölməsinə müraciət edib.

O, bildirib ki, ötən ilin martın 3-də rayon ərazisində iş qurmaq adı ilə ondan 4700 manat alıblar.

Bundan əlavə, Rusiya vətəndaşı Ramiz Əhmədov da ötən ilin mayın 5-də dələduzluqla üzləşməsi ilə bağlı 25-ci polis bölməsinə müraciət edib. O, bildirib ki,

Aslan adlı şəxs ondan dələduzluq yolu ilə 10 min manat alıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən Tovuz rayon sakini Aslan Əliyev tutulub.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər