Bakının Qaradağ rayonunda 20 yaşlı qız dəm qazından zəhərlənib. Teleqraf.com xəbər verir ki, 1997-ci il təvəllüdlü Aysel Kərimova yaşadığı evdə dəm qazından zəhərlənib.
Aysel Kərimova ailə üzvləri tərəfindən xəstəxanaya gətirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Oxşar hadisə Xətai rayonunda da baş verib. 1994-cü il təvəllüdlü Fatimə Gülməmmədova dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Hər iki faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov