Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, evə bitişik olan talvar yanğından mühafizə olunub. Yanğın saat 04:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
İmişli rayonunda da yanğın hadisəsi baş verib. Vətəndaşa məxsus ümumi sahəsi 60 m2 olan birmərtəbəli 2 otaqlı evin çardağının yanar konstruksiyaları 30 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Daha bir yanğın hadisəsi Şirvan şəhərində qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 300 m2 olan birmərtəbəli 5 otaq və aynabənddən ibarət olan evin aynabəndinin tavanı 30 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.