Bakıda təmirə dayanmış gəminin kapitanının meyiti tapılıb.
Lent.az xəbər verir ki, hadisə Bibiheybət Gəmi Təmiri Zavodunun ərazisində, təmirə dayanmış gəmilərdən birində baş verib. Həmin gəminin kapitanı, 1969-cu il təvəllüdlü Elşən Həsənovun meyiti onun yataq otağında aşkarlanıb. İlkin müayinə zamanı onun üzərində hər hansı xəsarət aşkarlanmayıb.
Faktla bağlı araşdırma aparılır.