6 Fevral 2017 19:09
468
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələri ilə bağlı saxlanılan “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın üzvü Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Əli Hüseynov, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyadov, Elxan Həsənov, Ramil Seyfullayev, Mübariz İbrahimov, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi məhkəmənin hazırlıq iclası davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlər - Zülfüqar Mikaylovun vəkili Rüstəm Zülfüqarov, Elman Ağayevin vəkili Akif Əliyev və digərləri vəsatətlə çıxış edib.

Onlar hüquqlarını müdafiə etdiyi şəxslər barəsində cinayət təqibinə xitam verilməsi, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması, prosesdə əlavə şahidlərin dindirilməsi barədə vəsatət qaldırıblar.

Məhkəmə vəsatətləri təbib etməyib. Əlavə şahidlərin çağırılması ilə bağlı qaldırılan vəsatət baxılmamış saxlanılıb.

Cinayət işi məhkəmə baxışına verilib.

Məhkəmə baxışı fevralın 13-nə təyin edilib.

Qeyd edək ki, fevralın 2-də keçirilən hazırlıq iclasında təqsirləndirilən Elxan Həsənovun vəkili Ramiz Məmmədov müdafiə etdiyi şəxsin evində axtarış qanunsuz aparıldığını əsas gətirərək, həmin axtarış protokolu sübutlar siyahısından çıxarılması, Elman Ağayevin vəkili Akif Əliyev cinayət təqibinə xitam verilməsi, Zülfüqar Mikayılovun vəkili Rüstəm Zülfüqarov da müvəkkilinin cinayət təqibinə xitam verilməsi, Mehman Məmmədovun vəkili isə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatətlər veriblər.

Daxili İşlər Nazirliyi (DİN) 2015-ci il noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədri Taleh Bağırov başda olmaqla, qurumun daha bir neçə üzvü saxlanılaraq istintaqa təqdim edilib. Həmin şəxslər barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib, sonradan həbs qətimkan tədbirinin müddəti artırılıb.

“Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədri Taleh Bağırov 20 il, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı 10 il və birliyin üzvləri Rasim Cəbrayılov 17 il, Zakir Mustafayev, Cabbar Cabbarov 19 il, Cahad Babakişizadə, Şamil Abduləliyev, Aqil İsmayılov, Ramin Yariyevin hər biri 10 il, Abbas Quliyev 14 il 6 ay, İbrahim Xudaverdiyev 14 il 6 ay, Etibar İsmayılov 14 il 6 ay, Bəhruz Əskərov 14 il 6 ay, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev 14 il 6 ay, Abbas Tağızadə 14 il 6 ay azadlıqdan məhrum ediliblər.

Daha bir qrup - “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədr müavini Elçin Qasımov, Nardaran hadisələri ilə bağlı saxlanılan Nahid Qəhrəmanov, Ağa-Əli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin cinayət işi isə hakim Mayıl Bayramovun sədrlik etdiyi kollegiyada araşdırılır.

Hacı Zeynalov


Müəllif: