Gəncə şəhərində qadın özünü 3-cü mərtəbədən atıb.
Teleqraf.com xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində qeydə alınıb.
Gəncə şəhər sakini Zübayə Məmmədova yaşadığı 5 mərtəbəli binanın 3-cü mərtəbəsinin eyvanından yıxılıb. O, hadisə yerində ölüb.
İlkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov