Bakının Xətai rayonunda 67 yaşlı kişi intihara cəhd edib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun İ.İsmayilov küçəsindəki evlərdən birində qeydə alınıb.
Bakı şəhər sakini, 1950-ci il təvəllüdlü Nəriman Sultanov da intihar etmək məqsədi ilə özü-özünə bıçaq xəsarəti yetirib.
O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov