22 Fevral 2017 16:49
954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dələduzluq və vergidən yayınan şəxs məsuliyyətə cəlb edilib.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Nəsib Həsənov paytaxtda 4 nəfərə qarşı dələduzluq etməkdə, həmçinin vergidən yayınmaqda ittiham edilir. O, vergidən yayınma ilə bağlı İnterpol vasitəsi ilə axtarışda olub.

Nəsib Həsənov “Binə” Ticarət Mərkəzində pul dəyişmə məntəqəsində işləyən Arif Hacıyevə qarşı dələduzluq edib. O, Arif Hacıyevin etibardan sui-istifadə edərək iş görmək adı ilə 21 min 700 manat və 14 min ABŞ dolları alıb. Pulu alanda bildirib ki, xarqo-terminaldan ticarət mərkəzinin adına Çin Respublikasından gələn malları çıxaracaq, onları təhvil verib, pullarını yığaraq qısa müddətdə Arif Hacıyevə borcunu qaytaracaq. Amma bu günə kimi həmin pulu qaytarmayıb.

Nəsib Həsənovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işinin istintaqı Bakı şəhər Baş Polis İdarəsinin istintaq şöbəsində aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər