24 Fevral 2017 09:34
731
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.

Məlumata görə, qəsəbə ərazisində yaşayan 1974-cü il təvəllüdlü Yalçın Ağaverdiyev mağazaya siqaret almağa gəlib. Bu zaman Yalçın Ağaverdiyev ilə mağazada satıcı işləyən xanım arasında siqaretin qiymətinin baha olması barədə mübahisə yaranıb.

Mübahisə zamanı mağazada satıcı işləyən xanım Yalçın Ağaverdiyevi bıçaqlayıb. O, bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: