Gəncə şəhərində silsilə oğurluqlar törədən şəxsin həbs edilməsi üçün əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsi və Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq törətməkdə şübhəli bilinən şəhər sakini Mayıl Məmmədov tutulub.
Mayıl Məmmədov ötən il oktyabrın 2-dən cari il fevralın 15-dək olan müddətdə şəhər ərazisindəki 9 evdən su mühərriki və su sayğacı, habelə Gəncə Su kanal Törəmə Səhmdar Cəmiyyətinə məxsus 3 subartezian quyusunu elektrik enerjisi ilə təmin edən 51 metr elektrik kabelini kəsərək oğurlayıb.
Onun şəhər ərazisindəki daha 1 evdən 100 metr elektrik naqili oğurlaması da müəyyən edilib.
Hacı Zeynalov