Bakının Binəqədi rayonunda dələduzluq faktı aşkar olunub.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Zadə Hüseynov dələduzluqla üzləşməsi ilə bağlı Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinə müraciət edib. O, bildirib ki, paytaxt sakini Şahzadə Ləzgiyev ondan işə düzəltmək adı ilə 400 manat və 200 ABŞ dolları alıb. Amma vədinə əməl etməyərək, həmin pulu ələ keçirib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində dələduzluq yolu ilə pul almaqda şübhəli bilinən Şahzadə Ləzgiyev saxlanılıb.
Hacı Zeynalov