Aksiz Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə respublika ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən aksiz markasız siqaretlərin realizə olunacağı barədə məlumat daxil olub.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, dərhal yaradılan əməliyyat qrupu tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Suraxanı rayon Qaraçuxur qəsəbəsi Cəlal Qasımov küçəsində Azərbaycan Respublikası vətəndaşı Qurbanov Elvin Əfrasiyab oğlunun idarə etdiyi “OKA SeAZ-11116” markalı, 24 BE 054 dövlət qeydiyyat nişanlı minik avtomobili saxlanılaraq nəqliyyat vasitəsinə baxış keçirilib. Yoxlama zamanı avtomobildən üzərində aksiz markası olmayan külli miqdarda xarici markalı siqaretlər aşkar olunub.