Abşeron rayonunda oğurluqla məşğul olan iki nəfər həbs edilib. Teleqraf.com xəbər verir ki, Fatmayı kəndindəki evlərdən birindən spirtli içki, tütün məmulatı, qızıl, geyim və məişət əşyaları oğurlanıb.
Baş verən oğurluq hadisəsi ilə bağlı Abşeron rayon Polis İdarəsinə məlumat verilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Fatmayı kənd sakinləri Namiq Abışov və Ramil Abdullayev tutulublar.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov