9 Mart 2017 12:13
470
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Gülxar Həşimovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Gülxar Həşimova 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş polisin nəzarətinə verilmə qətimkan tədbiri tədbiri ləğv edilib və həbs qətimkan tədbiri seçilib.

Gülxar Həşimova ev dəllalı (makler) işləyib. O, Bakı şəhər sakini Sevinc Musayevaya “Dağlar” MTK tərəfindən tikilən binalardan mənzil alacağını vəd verib və onun 92 min manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib. Sonradan vədinə əməl etməyib və zərərçəkən şəxsin pulunu qaytarmayıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər