10 Mart 2017 10:10
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində Xətai rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğında təqsirləndirilən Fərid Sadıqov və Zaur Əşrəfovun şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com-un məlumatına görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, təqsirləndirilən şəxslərin bəraət istəmələri ilə bağlı şikayətləri təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsində Fərid Sadıqov və Zaur Əşrəfovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və onlar 3 il sınaq müddəti ilə şərti cəza alıblar.

Hər iki təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qəti imkan tədbiri ləğv edilib və onlar məhkəmə zalından azadlığa buraxılıb. Digər təqsirləndirilən, məhkəmə istintaqı dövründə təcridxananda vəfat edən Nüsrət Muxtarovla bağlı cinayət işinə xitam verilib.

İttihama görə, yanğın hadisəsi ötən il aprelin 10-da Bakının Xətai rayonu, Zığ yolu,16 ünvanda baş verib. “TNH” şirkəti tərəfindən doqquzmərtəbəli yaşayış binasının fasadının poliuretan materialla üzlənməsi yanğınla nəticələnib. Bu hadisədən sonra Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarov həbs olunublar. Nüsrət Muxtarov iyulun 13-də saxlandığı Bakı İstintaq Təcridxanasında vəfat edib.

Bundan sonra cinayət işi üz təqsirləndirilən şəxs qismində tanınmış və məhkəmə istintaqı zamanı vəfat etmiş Nüsrət Muxtarovun nümayəndəsi olan onun oğlu Asif Muxtarov hərbi xidmətə gedib. Bu səbəbdən mərhumun qardaşı Elşən Muxtarov cinayət işi üzrə nünayəndə olacaq, zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi üçün mülkü cavabdehliyi o daşıyacaq.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər