10 İyul 2014 16:12
1 044
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətəndaşların külli miqdarda pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirilməsi faktları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, istintaq zamanı Bakı şəhər sakini Vətəndust Şaqra Həsən qızının etibardan sui-istifadə etmə və aldatma yolu özgənin əmlakını ələ keçirmək məqsədilə paytaxt sakinlərini ayrı-ayrı dövlət orqanları və özəl şirkətlərdə müvafiq vəzifələrə təyin etdirmək adı ilə 119 min 800 manat məbləğində pullarını aldadaraq ələ keçirməklə dələduzluq etməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsində nəzərdə tutulan ittiham elan edilib.

İstintaq dövründə dəymiş ziyanın qismən ödətdirilməsi təmin olunub. Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hacı Zeynalov


Müəllif: