13 Mart 2017 11:54
438
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Azad Mürsəlov və Lətifə Zamanovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə Məmməd Rüstəmovun ünvanının tapılmadığı məlum olub. Bununla belə, hakim həmin şahidin məhkəməyə məcburi gətirilməsi barədə qərar qəbul edib.

Məlumat üçün bildirək ki, iş üzrə şahid qismində adı keçən Məmməd Rüstəmov da tüfeyli həyat tərzi sürür.

Təqsirləndirilən Azad Mürsəlov isə həmin şahidin dindirilməsində israrlıdır. O bildirib ki, həmin şahid istintaq ifadəsində ağzına gələni danışıb: "İstəyirəm ki, məhkəmədə də ifadə versin. Çünki Ruslan Cavadovu bıçaqla vurmamışam. Mən onu ancaq döymüşəm. Məmməd adlı şahid deyib ki, guya Ruslanı bıçaqla vurmuşam".

Lətifə Xamanova isə deyib ki, hadisə zamanı Ruslan Cavadovu vintacanla vurub.

Proses aprelin 3-də davam edəcək.

İttihama görə, Nəsimi rayonu, Həzi Aslanov küçəsində 1978-ci il təvəllüdlü Ruslan Cavadovun üzərində çoxsaylı xəsarətlər olan meyiti aşkarlanıb. Polis və prokurorluq orqanları əməkdaşlarının əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Astara rayon sakini Azad Mürsəlov və Babək rayon sakini Lətifə Zamanova tutulublar.

Qətlə yetirilən və onu öldürən şəxslərin tüfeyli həyat tərzi keçirmələri müəyyən edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər