Bakının Nəsimi rayonunda silsilə oğurluqlar törədən şəxsin həbs edilməsi istiqamətində əməliyyat tədbirləri keçirilib.
Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli bilinən Mingəçevir şəhər sakini Elvin Fərəcov tutulub.
O, ötən il iyunun 9-dan dekabrın 16-dək olan müddətdə paytaxt sakinləri olan 11 nəfərə məxsus velosipedləri və 1 nəfərə məxsus skuteri oğurlamaqda, habelə Sənan Muradova qarşı dələduzluq etməkdə şübhəli bilinib.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov