11 İyul 2014 11:52

Bakının Suraxanı rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Suraxanı rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Hövsan qəsəbəsinin ərazisində qeydə alınıb. Naməlum sürücü idarə etdiyi “Wolksvagen-Passat” markalı avtomobillə paytaxt sakini Maya Şirəliyevanı vurub və idarəetməni itirdiyindən avtomobil aşıb.

Avtomobildə olanlardan - Bakı şəhər sakini Məhərrəm Əsgərov hadisə yerində ölüb, Rasim Əliyev, habelə M.Şirəliyeva xəstəxanaya yerləşdiriliblər.

Suraxanı rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Hacı Zeynalov


Müəllif:
Загрузка...