Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Nəsimi rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Bakı şəhər sakini Ceyhun Əhmədov bıçaqlanıb. O, ağır vəziyyətdə xəstəxanaya yerlşdirilib. Hadisəni törədən Bakı şəhər sakini Samir Qədirov tutulub. O, törətdiyi cinayəti etiraf edib.
Samir Qədirov cinayəti şəxsi münasibətlər zəminimdə törədildiyini deyib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov