Gəncə şəhərində avtomobilləri qarət edən şəxslərin həbs edilməsi istiqamətində əməliyyat keçirilib. Teleqraf.com-un xəbərinə görə, Nizami rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakinləri, əvvəllər məhkum olunmuş Vüqar Hamzəyev və İlkin Bünyadov tutulublar.
Onlar bu ilin yanvarın 2-dən martın 10-dək olan müddətdə Gəncə şəhəri ərazisində 13 avtomobildən pul, maqnitafon və akkumulyator oğurlamaqda şübhəli biliniblər.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov