2015-ci ilin oktyabr-noyabr aylarında Nardaran hadisələri ilə bağlı saxlanılan “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın üzvü Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Əli Hüseynov, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyadov, Elxan Həsənov, Ramil Seyfullayev, Mübariz İbrahimov, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində polis əməkdaşı Rasim Qurbanov ifadə verib.
O, ifadəsində hazırda həbsdə olan Taleh Bağırova qarşı fikir səsləndirib. Bu, proses iştirakçılarının narazılığına səbəb olub. Təqsirləndirilən şəxslər və onların yaxınları zalda səs-küy salıb.
Bu səbəbdən hakim məhkəmə prosesinə mane olduqlarını əsas gətirib və onların zaldan çıxarılması barədə göstəriş verib. Səs-küy salanlar zaldan çıxarılıb.
Hakimin bu qərarını təqsirləndirilən şəxslər və onların vəkillərinin etirazla qarşılayıb. Onlar hakim Zeynal Ağayevə etiraz veriblər. Etiraz baxılmamış saxlanıb.
Proses aprelin 10-da davam edəcək.
***
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci ilin oktyabr-noyab aylarında Nardaran hadisələri ilə bağlı saxlanılan “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın üzvü Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Əli Hüseynov, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyadov, Elxan Həsənov, Ramil Seyfullayev, Mübariz İbrahimov, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Zeynal Ağayevin sədrlik etdiyi prosesdə zərərçəkmiş Oqtay Orucov ifadə verib.
Bildirib ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cimayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili olub. Oqtay Orucov qeyd edib ki, təqsirləndirilən Ruzi İsmayılovun saxlanılması əməliytarətımda iştirak edib: "Ruzi İsmayılov saxlanılarkən xəsarət almışam".
Proses günün ikinci yarısında davam edəcək.
Hacı Zeynalov