17 Aprel 2017 01:28
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hacıqabul rayonunda ov edən turistlərin atdığı güllələrdən biri yol ilə hərəkət edən avtomobilə dəyib.

Teleqraf.com "Report"a istinadən xəbər verir ki, ov tüfəngindən açılan atəş "Mercedes" markalı mikroavtobusun ön şüşəsinə dəyib.

İnsident nəticəsində sürücü və sərnişinlər xəsarət almasa da, avtomobilə ziyan dəyib.

Bərdə rayonundan olan sürücü İman Seyidovun iddiasına görə, atəşi açanlar Hacıqabulda çöl quşu ovlayan ərəblər olub. Hadisə o, şəxsi avtomobili ilə Bakıya gedən zaman baş verib. Sürücü ona təqribən 1000 manat dəyərində ziyan dəydiyini bildirir.


Müəllif:

Oxşar xəbərlər