Teleqraf.com xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Sevda Qəhrəmanova 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Səbail rayonunda yerləşən Mərkəzi Univermaqda (MUM) qızıl alğı-satqısı ilə məşğul olan Vidadi Rəhimov satış üçün nəzərdə tutulan dəyəri 50 min manat olan qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat verib.
Araşdırmalar zamanı qızılların Vidadi Rəhimovun satıcısı Sevda Qəhrəmanova tərəfindən götürüldüyü məlum olub.
Sevda Qəhrəmanova Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham edilib.
Hacı Zeynalov