24 Aprel 2017 11:54
1 305
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin dövriyyəsində və qaçaqmalçılıqda təqsirləndirilən Səyalə Nağıyeva və Nisə Babayevanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı mayın 1-nə təyin edilib.

İttihama görə, Səyalə Nağıyeva və Nisə Babayeva 2017-ci ilin yanvarında həbs ediliblər. Onlar psixotrop maddəni şəxsi istehlak məqsədilə Türkiyədən Azərbaycana keçirmək istəyiblər.

Hər iki qadın Cinayət Məcəlləinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə ittiham edilir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər