18 May 2017 16:29
1 168
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda xarici ölkə səfirliyinə məxsus binanın qarşısında insident olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Diplomatik Nümayəndəliklərin mühafizəsi üzrə Əlahiddə Polis Taborunun əməkdaşları - polis serjantları Ramin Qədimov və Rüstəm Məhərrəmov paytaxtın Yasamal rayonu ərazisində yerləşən xarici dövlətlərdən birinin səfirliyində xidmət apararkən, səhər saat 11 radələrində Hüseyn Cavid prospektindəki “Favorit” supermarketdən bir nəfərin çıxıb qaçdığını müşahidə ediblər. Onun arxasınca çıxan supermarketin işçiləri “oğrunu saxlayın” deyə kömək istəyiblər. Polis əməkdaşları onu saxlamaq istəyəndə həmin şəxs cibindən bıçaq çıxarıb və müqavimət göstərməyə çalışıb.

Polislər onu silahsız özünümüdafiə fəndi ilə tərksilah edərək zərərsizləşdirib, Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə təhvil veriblər.

Polis Bölməsində aparılan araşdırma zamanı hadisəni törədən şəxsin Şabran rayon sakini Ramin Paşayev olduğu, həmçinin onun əvvəllər narkotik vasitələrin satışı və soyğunçuluq maddələri ilə iki dəfə məhkumluq həyatı yaşaması da müəyyən edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər