2 İyun 2017 11:02
1 113
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qeyri-rəsmi yaşadığı qadını qısqanclıq zəminində qətlə yetirməkdə təqsirləndirilən 1965-ci il təvəllüdlü Azər Ağayevin cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Azər Ağayev 17 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il oktyabrın 25-də Binə qəsəbəsinin “Donuzçuluq” sovxozunda 1965-ci il təvəllüdlü, Nardaran qəsəbəsi sakini Azər Ağayev qeyri-rəsmi ər-arvad münasibətində olduğu 1971-ci il təvəllüdlü İlhamə Talıbovanın yaşadığı mənzilə gələrək onu qətlə yetirib.

Avtomobili ilə hadisə yerindən uzaqlaşmağa cəhd edən Azər Ağayev Suraxanı rayonu ərazisində maşınını maneəyə çırpıb. Qəza nəticəsində ağır bədən xəsarətləri alan Azər Ağayev 3 saylı şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

O, törətdiyi əməli etiraf edib və bildirib ki, İlhamə Talıbovanı qısqanclıq zəminində öldürüb.


Müəllif: Hacı Zeynalov