17 İyul 2014 20:03
1 338
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səlahiyyətlərinə xitam verilən hakim Elnur Cəbiyev korrupsiyaya şərait yaradan hallara yol verməkdə, qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozmaqda təqsirli bilinir

Azərbaycanda bir neçə hakim barəsində cəza tədbiri görülüb.

Məhkəmə-Hüquq Şurasından verilən məlumata görə, Şuranın iclasında hakimlər barədə intizam icraatlarına baxılıb, vətəndaşların hüquqlarının həyata keçirilməsinə süni maneələr törətməklə korrupsiyaya şərait yaradan hallara yol verdiyinə və qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə Qazax Rayon Məhkəməsinin hakimi Elnur Cəbiyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.


Habelə yol-nəqliyyat hadisələri ilə əlaqədar cinayət işlərinə baxılarkən qanunvericiliyin tələblərini pozduqlarına görə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Anar Qasımova və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Nuru Quliyevə irad tutulub, vətəndaşların haqlı narazılığına səbəb olan ciddi nöqsanlara, o cümlədən süründürməçilik hallarına yol verdiyinə görə 6 digər hakim barədə intizam icraatına başlanılıb.

/apa/


Müəllif: