Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə təqsurləndilən şəxsə hökm oxunub. Əfqan Mahmudov 1 il azadlıqdan məhrum edilib.
İttihama görə, Nizami rayon Polis İdarəsi 25-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Əfqan Mahmudov tutulub. O, Bakı şəhər sakini Mikayıl Ağayevin etibarından sui-istifadə edərək onun 5000 manatını alıb.
Əfqan Mahmudov bildirib ki, payaxtda avtomobil alveri ilə məşgul olub: "Bir nəfərə maşın satmışdım, gətirib qaytardı. Sonra mən həmin maşınla qəza törətdim. Borcumu ödəyə bilmədim. O da 1 ildən sonra gəlib şikayət etdi".
İstintaqın gəldiyu nəticəyə görə, Əfqan Mahmudov 4 ay müddətində axtarışda olub. Naxçıvanda gizləndiyindən onun yerini bu müddət ərzində müəyyən etmək mümkün olmayıb.